Rusiyadan Türkiyə haqda gözlənilməz AÇIQLAMA
22.10.2019
Türkiyə Suriyada əməliyyat keçirməklə Suriyanın ərazi bütövlüyünü pozur.
Bunu Rusiya Xarici İşlər nazirinin müavini Oleq Sıromolotov deyib. O, Suriyada yalnız Rusiya və İranın hərbi mövcudluğunun qanuni olduğunu bildirib. Sıromolotov Suriyanın şərq və şimal-şərq ərazilərinin Dəməşqə verilməsi gərəkməsi barədə də danışıb:
"Bu gün Soçidə bizim prezidentin Ərdoğanla görüşünü gözləyin. Məncə kifayət qədər ciddi aydınlıq yaranacaq”.