Ərdoğandan Ruhaniyə çağırış: Onları susdur!
22.10.2019
Avropa Birliyi bizə verdiyi sözü tutmadı. Biz Suriyanın ərazi bütövlüyünü müdafiə edirik.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib.
Türkiyə Prezidenti İrandan "Sülh çeşməsi” əməliyyatı əleyhinə səsləndirilən bəyanatlara da toxunub:
"İrandan gələn bəzi açıqlamalar məni ciddi şəkildə məyus etdi. Tehran nüvə silahı məsələsində bütün dünyanı qarşımıza alaraq, onları müdafiə etdiyimizi unudub. İran Prezidenti Həsən Ruhani bunları susdurmalıdır. Biz Soçi razılaşmasını imzalayan ölkələrik. Bu prosesdə olan ölkələr bir-birinə xəyanət edərmi?”