Ərdoğandan Makrona cavab: ABŞ-la danışırıq, Fransa ilə yox
22.10.2019
Ərdoğan Fransa Prezidenti Makronun PKK terrorçularına verilən vaxtın uzadılması təklifinə sərt münasibət bildirib.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfəri öncəsi jurnalistlərə verdiyi açıqlamada deyib.
"Makron bizə terrorçuların təklifini çatdırır. Bizim bu məsələdə danışıq apardığımız ölkə Fransa deyil, ABŞ-dır”, - deyə Ərdoğan bildirib.