Çörək sürətlə bahalaşır: Tokayev əmr verdi
22.10.2019
Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev ölkədə sürətlə bahalaşan çörək və kömürün qiymətiylə bağlı təcili tədbirlərin görülməsi barədə tapşırıq verib.
Bu sözləri Tokayev öz Tvitter səhifəsində paylaşıb. O, həmçinin, kömürün qiymətiylə bağlı şirkətlərlə danışıqların başladığını bildirib.
Qeyd edək ki, yerli KİV-lər ölkədə çörəyin qiymətinin artırılmasının taxıl məhsuldarlığının az olmasıyla əlaqədar olduğunu bildirib. Qiymətlərin eyni anda bir neçə regionda bahalaşdığı vurğulanıb.