Türk ordusu terrorçulara aid tunellər sistemini aşkarladı
21.10.2019
Türkiyə ordusu Suriyanın şimalında keçirdiyi "Sülh çeşməsi” əməliyyatı nəticəsində YPG və PKK terrorçularından azad etdiyi Ras əl-Eyn şəhərində terrorçulara məxsus yeraltı tunellər sistemi aşkarlayıb.
Tunelin şəhər mərkəzinin müxtəlif istiqamətlərini əhatə etdiyi və Türkiyə sərhədinə qədər uzandığı bildirilir.
Əsas girişi ərazidəki anbarların birinin içində olan tunel yerin təxminən 13 metr dərinliyindədir. Uzunluğu kilometrlərlə ölçülən yeraltı keçid sisteminin hündürlüyü 3, eni isə 2,5 metrdir.
Qeyd edək ki, bundan öncə də sözügedən şəhərdə Türkiyə ordusu tunellər aşkarlamışdı.