Əli Həsənov işdən çıxarıldı - Sərəncam
21.10.2019
Azərbaycan Respublikası Prezidenti Əli Həsənovun Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövran Media sərəncamın mətnini təqdim edir:
1. Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.