PKK-çılar ABŞ ordusuna hücum etdi - VİDEO
21.10.2019
ABŞ hərbçilərinin Suriya ərazisini tərk edərkən çəkilən görüntüləri yayılıb.
Görüntülər PKK-YPG terrorçularının nəzarətindəki Qamışlı ərazisində çəkilib.
Görüntülərdə PKK-çıların Suriyanı tərk edən ABŞ ordusuna məxsus hərbi maşın karvanını daş-qalaq etdiyi əks olunub.
Xatırladaq ki, Suriyadan çıxarılan ABŞ qoşunları İraq ərazisində yerləşdiriləcək.