Suriyada Türkiyənin müttəfiqinə hücum
21.10.2019
PKK-YPG terrorçuları Suriyanın Azez bölgəsində yerləşən Suriya Milli Ordusunun (SMO) bazasına hücum edib.
Bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, hücum zamanı SMO-nun bir döyüşçüsü həlak olub, 4 nəfər yaralanıb. Vəziyyəti ağır olduğu üçün yaralılardan biri Türkiyənin Kilis dövlət xəstəxanasına aparılıb.