İrandan nüvə ilə bağlı gözlənilməz AÇIQLAMA
30.04.2018
Hazırda 2015-ci ildə anlaşma imzalandığı dövrdən daha yüksək səviyyədə uranın zənginləşdirilməsinə texniki olaraq hazırıq.
"Dövran Media" xəbər verir ki, bu sözləri İranın Nüvə Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi ABŞ Prezidenti Donald Trampın nüvə sazişindən imtina edilməsi ilə bağlı xəbərdarlıq xarakterli çıxışlarına münasibət bildirərkən deyib.
Salehi Trampın özünə gəlməli olduğunu bildirib və nüvə sazişindən imtina edilməməsi barədə çağırış edib.