PKK-ya yaşıl işıq: Ordu mane olmadı
21.10.2019
Türkiyə ordusunun sarsıdıcı əməliyyatlarından qorxuya düşən terrorçular atəşkəs müddətində müxtəlif yollarla Ras əl-Eyndən qaçırlar.
YPG/PKK terrorçularının Qızıl Xaç Komitəsinin maşınları və mülki avtomobillərlə şəhəri tərk etdikləri bildirilib.
Məlumata görə, türk əsgəri heç bir əməliyyat keçirmədən terrorçuların şəhəri tərk etməsinə icazə verir.
Qeyd edək ki, ötən gün Suriya dövlət televiziyası Türkiyə qoşunlarının Ras əl-Eynə daxil olduğunu açıqlayıb.