Şoyqu da “Sülh çeşməsi”nə qarşı danışdı
21.10.2019
Suriyanın şimalında Türkiyənin "Sülh çeşməsi” əməliyyatı ucbatından İŞİD-çilərin saxlanıldığı 12 həbsxana nəzarətsiz qalıb.
Bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu Pekin Syanşan Forumunda çıxışı zamanı deyib.
O, əməliyyatın 8 qaçqın düşərgəsini də nəzarətsiz qoyduğunu bildirib.
Şoyqu İŞİD-in hazırda cənub-şərqi Asiyada mövcudluğunu genişləndirdiyini söyləyib.