Biz olmasaydıq, Zurabişvili seçilməyəcəkdi - Kaladze
19.10.2019
Salome Zurabişvili heç vaxt Gürcü Arzusu Partiyası tərəfdarları arasında populyar olmayıb.
Bunu "Palitranyus”a müsahibəsində Tiflis meri Kaxa Kaladze deyib.
"O, heç vaxt Gürcü Arzusunun üzvü olmayıb və indi də üzvü deyil. Bizim öz reytinqimiz var. Açığını desəm, Zurabişvili tərəfdarlarımızın dəstəyinə sahib deyil. Gürcü Arzusu olmasaydı, Zurabişvili prezident olmayacaqdı”, – deyə o bildirib.