Daha bir eks-məmur Ermənistanı tərk edir
19.10.2019
Ermənistan polisinin keçmiş rəhbəri Valeri Osipyan Ermənistanı tərk edəcək.
Bu məlumatı "Jamanak” qəzeti yayıb. Məlumata görə, Osipyan Moskvaya köçəcək. Osipyanın Moskvada ona hamilik edən biznesmen Armen Qinosyanın mühafizə xidmətinə rəhbərlik edəcəyi bildirilib.
Qeyd edək ki, Osipyan bir müddət öncə polisin rəhbəri vəzifəsindən azad edilərək, Paşinyanın müşaviri təyin edilib. Burada onun fəaliyyəti cəmi 1 ay olub.