Saakaşvilidən Məmmədovun təyinatına REAKSİYA
19.10.2019
Mixail Saakaşvili əslən azərbaycanlı Gündüz Məmmədovun Ukrayna Baş prokurorunun müavini təyin edilməsinə münasibət bildirib.
O öz fikrini Feysbuk səhifəsində paylaşıb.
"Daha bir doğru təyinat. Gündüz mənim zamanımda Odessada çalışıb, o, çox yaxşı hüquqşünas və təmiz adamdır. Ona və Ryaboşapkinin yerdə qalan bütün komandasına uğurlar”, - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka Krım Muxtar Respublikasının prokuroru vəzifəsini daşıyan azərbaycanlı Gündüz Məmmədovu özünə yeni müavin təyin edib.