Consondan çağırış: AB ilə razılaşmanı təsdiqləyin
19.10.2019
Britaniya Baş naziri Boris Conson Breksit razılaşmasını dəstəkləməsi üçün parlamentə çağırış edib.
Conson bunun sayəsində Britaniyanın AB-ni 31 oktyabra qədər tərk edə biləcəyini söyləyib. O, hazırkı razılaşmanı mümkün olan ən yaxşı qərar adlandırıb.
Qeyd edək ki, bundan öncə Britaniya ilə Avropa Birliyi arasında Breksitlə bağlı razılaşma imzalanıb.