21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyə-ABŞ razılaşmasının maddələri açıqlandı

19.10.2019

Türkiyə və ABŞ arasında əldə edilən 13 maddəlik razılaşmanın detalları açıqlanıb.
Razılaşmanın görüntüsünü Türkiyə Prezident Administrasiyası yayıb.
13 maddəlik anlaşma belədir:

1. Türkiyə və ABŞ iki yaxın NATO üzvü olaraq bu əlaqələrini təsdiqləyir. ABŞ Türkiyənin cənub sərhədlərinə dair qanuni təhlükəsizlik qayğılarını anlayır;

2. Türkiyə və ABŞ Suriyanın şimal-şərqi başda olmaq üzrə meydandakı inkişafların ortaq maraqlar əsasında daha yaxın koordinasiya gərəkdirdiyini qəbul edir;

3. Türkiyə və ABŞ "hamımız birimiz, birimiz hamımız üçün” anlayışıyla NATO torpaqlarını və xalqlarını bütün təhdidlərə qarşı qorumaq öhdəliklərinə mühafizə edir;

4. Hər iki ölkə insan həyatı, insan haqları ilə dini və etnik topluluqların qorunmasına yönələn öhdəlikləri təkrarlayır;

5. Türkiyə və ABŞ Suriyanın şimal-şərqində İŞİD-lə mübarizə fəaliyyətlərinin davam etdirilməsində qərarlıdır. Bu, öncədən İŞİD nəzarətində olan sahələrdə yaşayıb, yerindən qovulan şəxslər ilə saxlama mərkəzləri mövzusunda uyğun şəkildə gerçəkləşdiriləcək koordinasiyaya da aiddir;

6. Türkiyə və ABŞ terrorla mübarizə hərəkatlarının yalnız terror ünsürləri ilə bu ünsürlərə aid sığınacaq, silah, avtomobil vasitələrini hədəf alması gərəkdiyinə dair razılaşır;

7. Türk tərəfi Türkiyə qüvvələri tərəfindən nəzarət edilən təhlükəsiz bölgədəki bütün yaşayış sahələrinin sakinlərinin təhlükəsizliyini təşkil edəcəyini öhdəsinə götürür, mülki şəxslərin və mülki infrastrukturun zərər görməməsi üçün maksimum diqqət göstərəcəyini vurğulayır;

8. Hər iki ölkə Suriyanın siyasi birliyi ilə ərazi bütövlüyünə və Suriya konfliktini BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun şəkildə sonlandırmağı hədəfləyən, BMT liderliyindəki siyasi prosesə olan bağlılıqlarını təkrarlayırlar;

9. Hər iki tərəf Türkiyənin YPG ağır silahlarının toplanması və YPG döyüş mövqelərinin istifadəedilməz hala gətirilməsi daxil, milli təhlükəsizlik qayğılarının aradan qaldırılmasını təmin edən bir təhlükəsiz bölgə qurulmasının davam edən önəmi və funksionallığında razılaşır;

10. Təhlükəsiz bölgə ilk növbədə Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olacaq və hər iki tərəf təhlükəsiz bölgənin hər yönünün uyğunlanmasında koordinasiyanı artıracaq;

11. Türkiyə tərəfi "Sülh çeşməsi” Hərəkatına təhlükəsiz bölgədən YPG-nin 120 saat içində geri çəkilməsini təmin edən fasilə verəcək. "Sülh çeşməsi” Hərəkatı bu geriçəkilmənin tamamlanmasının ardınca dayandırılacaq;

12. "Sülh çeşməsi” Hərəkatına fasilə veriləndə ABŞ "Blocking Property and Suspending Entry of Certain Persons Contributing to the Situation in Syria” başlıqlı 14 oktyabr 2019-cu il tarixli Prezident qərarnaməsinə müvafiq olaraq həyata keçirilən sanksiyalara əlavələr etməmək və Konqres nəzdində uyğun şəkildə çalışmalar və məsələhətləşmələr yürüdərək, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarı gərəyincə Suriyada sülh və təhlükəsizliyin təminatıyla bağlı qeyd edilən irəliləməni vurğulamaq barəsində razılaşır. "Sülh çeşməsi” Hərəkatı 11-ci paraqrafa uyğun olaraq dayandırılanda yuxarıda bəhs edilən Prezident sərəncamına müvafiq olaraq həyata keçirilən mövcud sanksiyalar ortadan qaldırılacaq;

13. Hər iki tərəf bu açıqlamada qeyd edilən bütün hədəflərin uyğulanması üçün birlikdə çalışma öhdəliyinə sadiq qalır.