Respublikaçılar da Trampa qarşı çıxdı
19.10.2019
ABŞ qoşunlarının Suriyadan çıxarılması, ciddi strateji səhvdir.
Bunu ABŞ Senatındakı respublikaçıların lideri Mişel Makkonel deyib. O bu qərarın ABŞ-ın təhlükəsizliyinə təsir göstərəcəyini bildirib:
"ABŞ qoşunlarının Suriyadan çıxarılması ciddi strateji səhvdir. Bu, Amerika xalqının və ölkəsinin təhlükəsizliyini təhdid altında qoyacaq, düşmənlərimizi ilhamlandırıb, vacib alyansları zəiflədəcək. Suriyadan qoşunlarının çıxarılması, Obama dönəmində İraqdan qoşunların çıxarılmasından sonra yaranan nəticələri təkrarlayacaq”.