Türkiyəli rəsmilər Suriyaya uçdu
18.10.2019
İçində yüksəkçinli türkiyəli rəsmilərin olduğu təyyarə Ankara hava limanından Suriyanın paytaxtı Dəməşq istiqamətində uçub.
Bu barədə "ASASmedya.info” özəl mənbələrinə istinadla informasiya yayıb.
Məlumata görə, onlar Suriya tərəfi ilə danışıqlar aparmaq üçün bu ölkəyə yollanıblar.
"20 noyabra qədər ABŞ, Türkiyə, Rusiya və Suriya eyni masa ətrafında toplanıb razılığa gələcəklər. Suriya məsələsi ilə bağlı İranın təcrid ediləcəyi və masada olmayacağı deyilir”, - mənbə bildirib.