23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Əgər Heydər Əliyev qayıtmasaydı... - Novruzov

18.10.2019

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında 18 oktyabr Milli Müstəqillik Gününə həsr olunmuş gənc memarların yaradıcılıq sərgisi keçirilib.
Tədbirdə YAP üzvləri, Bakı Mühəndislik Universitetinin rektoru və tələbələri, millət vəkilləri və media nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən millət vəkili Siyavuş Novruzov Azərbaycanın müstəqillik yolundan danışıb:
"Azərbaycan xalqı xoşbəxtdir ki, öz müstəqil dövləti var. Bu, çox çətin başa gəlib. Ümummilli lider Heydər Əliyevin çox gözəl sözü var ki, müstəqillik nə qədər gözəl olsa da, onu qoruyub saxlamaq qat-qat çətindir. Azərbaycanın inkişafı, tərəqqisi göstərdi ki, Ümummilli liderin hakimiyyətə qayıdışı olmasaydı, bu gün biz öz müstəqilliyimizi qeyd edə bilməyəcəkdik. Azərbaycanda həyata keçirilən islahatlar, yaranan ictimai-siyasi sabitlik ölkəmizi regionun ən aparıcı dövlətlərindən birinə çevirib. Hər gün, hər an Azərbaycanda yenilik görürük. Prezident İlham Əliyevin qatıldığı müşavirə, konfrans və beynəlxalq tədbirlərdə Azərbaycan xalqının maraqlarının ən yüksək səviyyədə qorunduğunun şahidi oluruq”.
Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov da çıxış edərək, müstəqilliyin Azərbaycan üçün önəmindən və BMU-nun fəaliyyətindən bəhs edib.
Gənc memar-dizaynerlər Əziz Həsənbəyli və Jalə Səmədova isə əl işlərinin hazırlanma prosesindən danışıblar.
Daha sonra millət vəkilləri Aydın Mirzəzadə, Siyavuş Novruzov, Hikmət Babaoğlu, Elman Nəsirov Yeni Azərbaycan Partiyası tərəfindən tələbələrə verilən sertifikatları təqdim ediblər.
Sonda tədbir iştirakçıları gənc memarların hazırladığı sərgi ilə tanış olublar.