23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Kılıçdaroğlu: Ərdoğanın görüşünə baxın, elə bil ...

18.10.2019

ABŞ-ın vitse-prezidenti ilə Ərdoğanın görüşünə baxın, elə bil Ərdoğan Trampla görüşür, ikisi də yan-yana durub. Pens Amerika prezidentidir? Niyə ona belə münasibət sərgilənir?
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pensin görüşünə münasibət bildirən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılçdaroğlu deyib.
CHP başçısı ABŞ və Türkiyənin bərabərhüquqlu dövlət olduğunu bildirib:
"Masanın başında sadəcə Prezident Ərdoğan oturmalı idi, belə bir mənzərə mənə ağır təsir bağışladı.
Nə edirlər-etsinlər, vaxtilə necə Kiprdə sülh əməliyyatlarında dözdüksə, indi də dözə bilərik. Sanksiya tətbiq edəcəklər deyə, mən təslim olmalıyam? Müqavimət göstərmək lazımdır. Dövlətlərarası münasibətlər sərtləşə bilər, bunu qəbul edə bilərəm. Amma xarici siyasət ölkələrin maraqları üzərində qurulur, önəmli olan da bu maraqları qoruya bilməkdir”.
Qeyd edək ki, 3 gün öncə CHP lideri Kamal Kılıçdaroğlu Türkiyənin Suriyanın şimalında apardığı "Sülh çeşməsi” əməliyyatını tənqid etmiş, bunun bir ölkənin daxili işinə qarışmaq olduğunu bildirmişdi.