21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Telefonu danışmaq adı ilə alıb qaçdı

18.10.2019

Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, şöbəyə şikayət edən Astara rayon sakini Sadiq Mirzəyev Cavadaxan küçəsi, ev 17 ünvanının qarşısında mobil telefonunu özünü Qorxmaz kimi təqdim edən şəxsə müvəqqəti danışmaq məqsədi ilə verdiyini, lakin sonuncunun hadisə yerindən uzaqlaşıb bir daha geri qayıtmayaraq ona qarşı dələduzluq etdiyini bildirib.
Şöbə əməkdaşlarının  həyata keçirdikləri əməliyyat nəticəsində dələduzluq edənin Ağsu rayon sakini, 1997-ci il təvəllüdlü Əsgərov Qorxmaz Mətləb oğlu olduğu müəyyən edilib və o, saxlanılıb. Sonuncu verdiyi izahatda qeyd edilən əməli törətdiyini səmimi etiraf edib. Saxlanılan şəxs barəsində 19-cu Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir
Qeyd edək ki, saxlanılan şəxsin hüquqazidd əməllərindən zərərçəkmiş şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Qorxmaz Əsgərovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Nəsimi Rayon Polis İdaəsi və ya 19-cu Polis Şöbəsinə bu barədə məlumat verə bilərlər.