Türkiyə-ABŞ razılaşmasına rejimdən REAKSİYA
18.10.2019
Suriyanın şimalında həyata keçirilən "Sülh çeşməsi” əməliyyatı ilə əlaqədar ABŞ-Türkiyə razılaşmasına Dəməşqdən ilk şərh gəlib.
Dövran Media Türkiyə KİV-inə istinadən xəbər verir ki, Suriya prezidentinin müşaviri Buseyna Şaban razılaşmanı "müəmmalı” adlandırıb.
"Əl-Mayadin” telekanalına danışan Buseyna Şaban Suriyada "yeni İraq Kürdüstanı”nın qurulmasına icazə verilməyəcəyini söyləyib.
Qeyd edək ki, bu gün Türkiyə-ABŞ danışıqlarının nəticəsi olaraq "Sülh çeşməsi” əməliyyatı ilə bağlı razılaşma əldə edilib.