David Qareci mübahisəli yox, açıq məsələdir- TİFLİS
18.10.2019
David Qareci (Keşikçidağ) mübahisəli yox, açıq məsələdir.
Bunu Gürcüstan Xarici İşlər naziri David Zalkaliani deyib.
"Mən bunu mübahisəli məsələ adlandırmazdım. Belə ki, bizim Azərbaycan kimi qonşularımız və strateji tərəfdaşlarımızla heç bir mübahisəli məsələmiz yoxdur. Bu, delimitasiya-demarkasiya ilə bağlı açıq məsələdir. Bu, ağır sovet mirasıdır, hansı ki, uzun illər ərzində həlli mümkün olmayıb”, – deyə o bildirib.