Erməni terroru: Azərbaycana axan çay rəngini dəyişdi
17.10.2019
Ermənistanın Azərbaycana qarşı ekoloji terroru davam edir.
Zəngəzur mis-molobden kombinatının zəhərli tullantıları Araz çayının qolu sayılan Oxçuçayını çirkəndirib. Zəngilan rayonu və Mincivan qəsəbəsindən keçən çay axıdılan tullantılara görə rəngini tamamilə dəyişib.
Ermənistan Fövqəladə Hallar Nazirliyi Nerkin Qiratax kəndi yaxınlığında zəhərli tullantıların Oxçuçaya qarışdığını və buna görə çayda ciddi çirklənmə olduğunu açıqlayıb. Araşdırmalara əsasən, cinayət işinin açılması gözlənilir.