ABŞ çıxdı, Rusiya və İran gücləndi - Almaniya
17.10.2019
ABŞ-ın qoşunlarını Suriyanın şimal regionlarından çıxarmasından sonra bölgədə Rusiyanın və İranın rolu artıb.
Bu sözləri Almaniya kansleri Angela Merkel deyib.
"Geosiyasi nəticələrdən danışanda biz düşünməliyik ki, regionda Rusiya və İranın rolu ABŞ qoşunlarının çıxarılmasından sonra güclənib. Bunun nəyə gətirib çıxaracağını demək hələlik mümkün deyil”, - Merkel bildirib.