"Dövran Media" "Qafqazinfo”ya istinadən xəbər verir ki, qrup sözləri Səbuhi Zamana, musiqisi Emobanda məxsus "Son gediş” mahnısını ekranlaşdırmaq qərarına gəlib.
Klip sadə ssenari əsasında Bakıda lentə alınıb. Operatoru Rafiq Rüstəmliyə, montajı Rəşad Həsənova aid olan layihə "Abşeron”un "Youtube” səhifəsində paylaşılıb.
Qeyd edək ki, musiqi qrupunun bundan əvvəl təqdim etdiyi "O bilmədi” klipi 3,5 milyon baxış toplayıb.