Ermənistan "Putin ittifaqı"ndan çıxır?
30.04.2018
Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü respublikanın "köklü maraqlarına” uyğundur.
"Dövran Media" bildirir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan "Belarus 1” telekanalına müsahibəsində deyib.
Ölkədə baş verənlərin Ermənistanın xarici siyasəti, xüsusilə Aİİ və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı hər hansı bir dəyişiklik riski olması barədə sualı cavablandırarkən A.Sarkisyan deyib: "Bizim üçün Avrasiya məkanı – dost məkandır. Dost, qardaş ölkələrdir. Bu yalnız dostluq deyil, həm də Ermənistan üçün böyük bazardır. Ermənistan köklü maraqlarına görə Avrasiya məkanındadır”.