TBMM-in erməni deputatından “Sülh çeşməsi” ilə bağlı ŞOK ÇIXIŞ
17.10.2019
TBMM-in Xalqların Demokrat Partiyasından (HDP) olan erməni əsilli deputatı Karo Paylan "Sülh çeşməsi” əməliyyatı ilə bağlı qalmaqal yaradan ifadələr səsləndirib.
Bu barədə "Yeni Akit” nəşri yazıb.
"Bu bir təhcirdir, eyni zamanda BMT-nin təbirincə desək, soyqırım təşəbbüsüdür. Demoqrafiya ilə oynamaq cinayətdir. İsrail də eyni arqumentlərlə Fələstin torpaqlarını işğal edir”, - Paylan bildirib.
Paylanın bu çıxışına AKP, MHP və İYİ Partiyasının üzvləri sərt reaksiya göstərsə də, CHP fraksiyasının rəhbəri Engin Altay Paylana dəstək verən ifadələr səsləndirib.