21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Avtobus sürücüləri üçün yeni TƏLƏB

17.10.2019

Azərbaycanda icbari tibbi müayinə zamanı nəzərə çarpan nevroloji simptomatika ilə müşahidə olunan kəllə sümüyünün travmatik deformasiyası və defekti aşkarlanan avtobus sürücüləri sürücülük hüquqlarını itirəcəklər.
Bu, Səhiyyə Nazirliyinin Kollegiyasının "İşçilərin icbari tibbi müayinələrin keçirilməsi tələb olunan işlərin Siyahısı”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Bu tibbi əks göstəriş avtobus idarə etmək hüququ verən "D” və  D1” kateqoriyalı sürücülük vəsiqəsinə malik sürücüləri,  o cümlədən qoşqulu avtobus idarə etmək hüququ verən "DE” və "D1E kateqoriyalı sürücülük vəsiqəsinə malik sürücüləri əhatə edir.
Qeyd edək ki, yerüstü nəqliyyatın idarə olunması ilə əlaqədar işlərdə çalışanlar 2 ildə bir dəfə icbari tibbi müayinədən keçməlidirlər.