Paşinyan parlamentdə: Baş nazirliyə hazırlıq
30.04.2018
Nikol Paşinyan Ermənistan parlamentinə gedib.
"Dövran Media" xəbər verir ki, Paşinyan parlamentdə Yelk Blokunun deputatları ilə görüşüb. Görüşdə blokun bütün deputatları iştirak edib.
Görüşdən dərhal sonra deputat Ararat Mirzoyan jurnalistlər qarşısına keçərək, Yelk Bloku adından rəsmi açıqlama yayıb. Mirzoyan Paşinyanın Ermənistanın baş nazirliyinə namizədliyini rəsmən irəli sürdüklərini bildirib.
O, blokun bu gün parlamentdəki bütün fraksiyalarla görüşəcəyini də deyib.