Dünyanın müxtəlif ölkələrində yaşayan əcnəbi gənclər "Qarabağ Azərbaycanındır, nida işarəsi” şüarını səsləndiriblər.
Bu barədə YAP Gənclər Birliyinin rəsmi Feysbuk səhifəsində video paylaşılıb.
Videoda İsveç, İtaliya, ABŞ, Oman, BƏƏ, Türkiyə, Qətər və Cənubi Koreyadan olan gənclər Prezident İlham Əliyevin "Qarabağ Azərbaycanındır, nida işarəsi” şüarını səsləndirərək, ölkəmizə dəstək nümayiş etdiriblər.