Suriya ordusu Rakkaya girdi
16.10.2019
Suriya ordusu 5 ildir işğal altında olan Rakka şəhərinə daxil olub.
Bu barədə RİA məlumat yayıb.
"Suriya ordusunun birləşmələri 5 ildən sonra Rakka şəhərinə daxil olub və şəhərdə müşahidə məntəqələrini qurublar”, - agentlik bildirib.
Qeyd edək ki, Rakka şəhəri 2014-cü ildə İŞİD tərəfindən ələ keçirilmişdi və demək olar ki, terrorçuların qalası hesab olunurdu.