Tramp: Türklər üçün kürdlərlə savaşmaq nahara getmək kimidir - VİDEO
16.10.2019
Onlar PKK ilə illərdir, əsrlərdir savaşırlar. Kürdlərlə savaşmaq türklər üçün adi insanların nahara getməsi kimi bir şeydir.
Xəbər verildiyi kimi, bu sözləri ABŞ Prezidenti Donald Tramp Türkiyənin PKK/PYD terror təşkilatına qarşı həyata keçirdiyi "Sülh çeşməsi" əməliyyatına münasibət bildirərkən deyib.
FOKS TV-yə telefonla bağlanan Tramp Türkiyənin qısa bir müddətdə böyük bir ərazini PKK/YPG-dən təmizləməsinə təəccübünü gizlədə bilməyib.