21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ABŞ-ın tələbinə Türkiyədən cavab - AÇIQLAMA

16.10.2019

ABŞ həm Kobanidən çıxır, həm də bizə deyir ki, ora girməyin. Buranın strateji önəmi var, çünki bizi həmin yerdən vururdular.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"PYD terror təşkilatı mövqelərini itirdikcə bunlar bizə "əməliyyatı dayandırın” deyirlər, sanksiya tətbiq edirlər. Bizim hədəfimiz bəllidir, heç bir sanksiyadan qorxmuruq. Türkiyə qəbilə, çadır dövləti deyil.
Biz qapıları açıb, miqrantları Avropaya buraxa bilərik. Hazırda bu məsələni müzakirə edirik. Hətta bəzi Avropa Birliyi ölkələri "kaş ki, qapıları açaydınız” dedilər”, - Türkiyə lideri bildirib.
Ərdoğan ABŞ Prezidenti D.Trampla arasında baş tutan danışığın detallarını da açıqlayıb:
"Hörmətli Tramp mənə dedi ki, İŞİD-çilərin olduğu həbsxanaları sizə təslim etsək, qəbul edərsinizmi? Dedim, qəbul edərik və bəzi İŞİD-çiləri öz ölkələrinə, bəzilərini isə burada mühakimə edərik. Sonra bilirsiniz nə oldu: PYD İŞİD-çiləri həbsxanadan azad etdi.
Biz İŞİD-çiləri öz ölkələrinə göndərmək istəsək, Almaniya, Fransa "göndərməyin” deyəcək. Ona görə də özümüz mühakimə edəcəyik”.
Türkiyə lideri atəşkəs elan edilməsi məsələsinə də toxunub:
"ABŞ bizə dedi ki, atəşkəs elan edin, biz də danışıqlarda vasitəçilik edək. Mən isə bu təklifə "terror təşkilatı ilə danışıqlar masasına əyləşmərəm, bir heyət göndər, sizinlə danışaq” cavabını verdim. Bizə deyirlər ki, atəşkəs elan et, danışıqlara başlayaq. Biz də "əvvəlcə razılıq əldə edək, ondan sonra atəşkəs elan edərik” dedik”, - Ərdoğan fikrini yekunlaşdırıb.