Əsəd qüvvələri hücuma keçdi: 70 aviazərbə
29.04.2018
Bəşər Əsəd rejimi Suriyanın Xüms vilayətinin şimalına ardıcıl hücumlar təşkil edib.
"Dövran Media" xəbər verir ki, rejimin bu gün sözügedən bölgəyə 70 aviazərbə endirdiyi bildirilib. Hücumlar nəticəsində ən azı 2 mülki şəxs həlak olub, xeyli insan yaralanıb.
Qeyd edək ki, Xümsün şimalında, müxaliflərin nəzarət etdiyi ərazidə 200 mindən çox insan yaşayır.