Tramp: "Türkiyəyə qarşı böyük sanksiyalar gəlir"
14.10.2019
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə qarşı böyük sanksiyaların tətbiq ediləcəyini bildirib.
Bu barədə ABŞ Prezidenti "Twitter”də bildirib.
"200 ildir bir-biriylə vuruşan xalqlar arasında başqa bir savaşa qatılmayacağıq. Avropanın İŞİD əsirlərini almaq üçün şansı var idi, amma bunu etmədilər. Türkiyəyə qarşı böyük sanksiyalar gəlir! İnsanlar həqiqətən də NATO-nun üzvü olan Türkiyə ilə savaşacağımızı düşünür? Heç vaxt bitməyən savaşlar bitəcək!”, - deyə ABŞ Prezidenti qeyd edib.