"Çikaqo Fayr" klubu MLS-in VIII turunda səfərdə "Toronto" ilə 2:2 hesablı heç-heçə edib.
"Dövran Media" xəbər verir ki, "Çikaqo"nun heyətində qol və məhsuldar ötürmə ilə futbol üzrə Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Bastian Şvaynştayqer fərqlənib.
Alman yarımmüdafiəçi 38-ci dəqiqədə komandası 0:2 hesabı ilə məğlub olan zamanı penaltini dəqiq yerinə yetirə bilməyib.
Ev sahiblərinin heyətində qol ötürməsi ilə "Yuventus" və İtaliya milli komandasının sabiq yarımmüdafiəçisi Sebastyan Covinko fərqlənib.
"Toronto" 6 oyundan sonra Şərq konfederasiyasında sonuncu, "Çikaqo" isə 7-cidir.