Papadan Suriya ilə bağlı ÇAĞIRIŞ
13.10.2019
Roma Papası Fransisk beynəlxalq ictimaiyyəti Suriya məsələsi ilə bağlı təsirli həll yolları tapmağa çağırıb.
Papa ənənəvi bazar günü dua mərasimində çıxış edib.
"Düşüncələrimi yenə Yaxın Şərq, xüsusən sevimli və əzablı Suriya zəbt edib. Ölkənin şimal-şərqinin taleyi barədə yenə bəd xəbərlər gəlir. Onlar hərbi fəaliyyətlərə görə öz torpaqlarını tərk etməli olurlar. Bu insanların arasında həmçinin bir çox xristian ailələri də var”, - Papa deyib.