21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dünyanın ən nəhəng 10 gəmisi - FOTOLAR

29.04.2018

Gəmiləri okeanda gəzən nəhəng şəhərlər adlandırılar. İçlərisində operadan qumarxanaya, kinodan qolf meydançasına qədər hər cür əyləncə və yaşayış imkanı olan bu nəhəng gəmilər insana unudulmaz hisslər bəxş edir.
"Dövran Media" dünyadakı ən böyük 10 gəminin siyahısını təqdim edir.
1. "Liberty of the Seas” gəmisi 2007-ci ildə inşa edilən və dövrünün ən böyük sərnişin gəmisi idi.
14 göyərtəyə malik gəmi 154 min ton ağırlığında və 4960 sərnişin tutumuna malikdir

2."Norwegian Escape” gəmisi 2015-ci ildə inşa edilib. Təxminən 325 metr uzunluğunda və 164 min ton ağırlığında bu gəmi 4248 sərnişin tutur.

3. "Norwegian Joy” , 2017-ci ilə inşa edilən nəhəng gəminin çəkisi 167 min ton, 4200 sərnişin tutumlu bu üzən şəhər ilk səfərini Çinə etmişdi.

4."Ovation of the Seas” 168 min ton ağırlığında olan gəmidə 16 göyərtə var. Baha keçirilən turlarda istifadə edilən nəhəng gəmi 4905 sərnişin tutumludur.

5. "The Anthem of the Seas” 2015-ci ildə edilib və uzunluğu 347 metr, 169 min ton ağırlığındadır. Gəmi 4905 sərnişin tutumludur.

6."Quantum of the Seas” 167 min ton ağırlığında, 16 göyərtəyə malikdir və 347 m uzunluğundakı gəmi 4.905 sərnişin daşıya bilir.

7."MSC Meraviglia” 2017-ci ildəinşa edilən bu nəhəng üzən şəhər 171 min ton ağırlığında və 5714 sərnişin tutumludur.

8."Oasis of the Seas” gəmisi 16 göyərtəsi 361 m, uzunluğu olan gəmi tam 225 min ton ağırlığındadır. Nəhəng gəminin sərnişin tutumu isə 6780 nəfərdir.

9."Harmony of the Seas” 2016-ci ildə inşa edilən və dövrün ən böyük sərnişin gəmisi 226 min tonluq 16 göyərtəyə malik və 6687 sərnişin tutumludur.

10. "Symphony of the Seas” məhz dünyanın ən böyük sərnişin gəmisi səfərlərinə 2018-ci ilin oktyabrıda başlanacaq. 16 göyərtəyə malik olan bu nəhəng sərnişin gəmisinin ağırlığı isə 230 min ton, sərnişin tutumu isə 5400 nəfərdir.