Makrondan Trampa: Türkiyənin qarşısını alın!
12.10.2019
Fransa Prezidenti Emmanuel Makronla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Bu məlumatı Fransa Prezidentinin mətbuat xidməti yayıb.
Telefon danışığı zamanı Makron Trampdan tez bir zamanda Türkiyənin Suriyadakı əməliyyatına son qoyulması üçün təzyiq göstərməsini istəyib. O, İŞİD-in bölgədə yenidən peyda olmasının qarşısının alınması gərəkdiyini və İŞİD-ə qarşı onlarla birgə vuruşan PKK-YPG terror təşkilatının dəstəklənməsi gərəkdiyini bildirib.