Kürdlərə görə dünyanı səfərbər edəcəyik - Pompeo
12.10.2019
ABŞ Suriyanın şimal-şərqindəki kürd xalqının müdafiəsi üçün tədbirlər görülməsi üzərində çalışır.
Bunu WKRN-TV-yə müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
"Biz dövlətlərlə çalışırıq. Mən Avropadan olan həmkarlarımla bu gecə danışmağı planlaşdırıram. Biz Suriyanın şimal-şərqindəki kürd xalqının müdafiəsi ilə bağlı qərar qəbulu üçün dünyanı səfərbər edəcəyik. Biz bilirik ki, bu vacibdir və Amerika bunu etmək niyyətindədir”, – deyə o bildirib.