“Sülh çeşməsi”ndə mühüm uğur: Kritik nöqtəyə çatdılar
12.10.2019
"Sülh çeşməsi” əməliyyatı çərçivəsində Suriya Milli Ordusu (keçmiş Azad Suriya Ordusu) strateji nöqtəyə çatdığını açıqlayıb.
Təşkilat Menbiçdən Qamışlıya qədər M4 avtomagistralına çatdığını bildirib.
Qeyd edək ki, Türkiyə ABŞ-la həyata keçirilən təhlükəsiz bölgə görüşlərində TSQ nəzarətində olan təhlükəsizlik sərhədinin Suriyanın 32 kilometr dərinliyində olacaq M4 avtomagistralından keçəcəyini bildirmişdi.