Türkiyə daha iki şəhid verdi
11.10.2019
Suriyanın Tel Rıfat bölgəsində terrorçu PKK/PYD qruplaşmasının Türkiyənin hərbi hissəsinə hücumu zamanı iki hərbiçi şəhid olub, üçü isə yaralanıb.
Şəhid olan əsgərlər Yunus Mermer və Abdulhamit Bilgendir. Yaralılar isə təcili tibbi yardım maşını ilə Kilis şəhərindəki xəstəxanaya aparılıb. Türkiyə hərbiçilərinə hücum oktyabrın 11-də olub.
Xatırladaq ki, Oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında "Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Əməliyyatlar zamanı 277 terrorçu zərərsizləşdirilib.