Ərdoğan Koreyaya gedir
29.04.2018
İclasdan sonra Özbəkistana yola düşürük, iki gün orada olacağıq. Oradan da Cənubi Koreyaya keçəcəyik.
"Dövran Media" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin İstanbul mahal Gənclik qolları toplantısında çıxışı zamanı deyib.
Prezident həftənin cümə axşamı gecə saatlarında ölkəyə qayıdacağını qeyd edib.