03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Nazir bu sistemdə ciddi dəyişiklik etdi

11.10.2019

Daxili İşlər naziri Vilayət Eyvazov yol polisi sistemində ciddi dəyişikliklər edib.
Xəbər verildiyi kimi, yol polislərinin iş rejimi tamamilə dəyişdirilib, Bakı Şəhər Yol Polisi İdarəsində imici o qədər də xoş olmayan "kabinetlər" ləğv edilib, orada çalışan əməkdaşlar yollarda xidmətə yönəldilib.
Nazirin əmri ilə bu gündən başlayaraq yol polisləri iki gündən bir işləyəcəklər, iş saatı 18:00-da bitəcək. Gecələr isə növbəlilik əsasında çalışacaqlar.
İndiyə kimi sutkada az qala 14 saat işləyən polislər üçün bu, gözlənilməz qərar olub.
Vilayət Eyvazov Bakı Şəhər Yol Polisi İdarəsində təmizləmə işləri də aparıb. Bildirilir ki, onun tapşırığı ilə yoxlamalar aparılıb və 10 nəfər yol polisi əməkdaşı işdən uzaqlaşdırılıb, 20-yə yaxın əməkdaş barədə isə araşdırmalara başlanılıb.