"Sizi torpaqda deyil, ürəyimizdə dəfn etdik" - "Barış Pınarı"nın ilk ŞƏHİDİ - FOTO
11.10.2019
Türkiyənin müdafiə naziri Hulusi Akar, Barış Pınarı hərəkatında şəhid olan əsgər Er Ahmet Topçu üçün başsağlığı mesajı yayımlayıb.
Akar mesajında qəhrəman şəhidə öncə öz adından daha sonra Müdafiə Nazirliyi heyəti adından Allahdan rəhmət diləyib, kədərli ailəsinə isə millət adından başsağlığı verib.
Nazir "Sizi torpağa deyil, ürəyimizdə dəfn etdik, vətən sizə minnətdardır" başlığı ilə şəhidin fotosunu da paylaşıb.