Tayfun barədə xəbərdarlıq edildi
11.10.2019
Yaponiya hökuməti "Hagibis” tayfununun yaxınlaşması ilə əlaqədar ölkədəki xarici turistlərə xəbərdarlıq edib.
Bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.
Turistlərin məlumatlandırılması ilə əlaqədar xarici dillərdə gün boyu zəng mərkəzləri intensiv xidmət rejiminə keçib. Eyni zamanda bu barədə davamlı olaraq xarici dillərdə işləyən xüsusi proqramlar vasitəsilə məlumatlar ötürülür, həmçinin sosial şəbəkələrdə xəbərlər yerləşdirilir.
Qeyd edilir ki, hal-hazırda Yaponiyada olan xarici turistlərin sayı ölkədə keçirilən Reqbi Dünya Kuboku ilə əlaqədar ilin bu dövründəki orta göstəricidən xeyli çoxdur.
"Hagibis” tayfununun yaxınlaşması ilə əlaqədar olaraq, Yaponiya hökuməti oktyabrın 12-nə planlaşdırılan 800-ə yaxın daxili uçuşları ləğv etmək, eləcə də Tokio və Osaka arasındakı ən işlək dəmr yolu xəttində qatarların sayını azaltmaq qərarına gəlib.
Sözü gedən tayfununun 12-13 oktyabr tarixlərində ölkə ərazisindən keçəcəyi və əsasən paytaxt Tokionu cənginə alacağı ehtimal edilir.
Hazırda "Hagibis” cənub-şərqdən 25 km/saat sürətlə Yaponiyaya doğru irəliləyir. Tayfunun mərkəz hissəsindəki küləyin sürəti saatda 50 metrə çatır.