İlham Əliyevin bu çıxışı Rusiyada ən çox müzakirəyə səbəb oldu + VİDEO
10.10.2019
Azərbaycan Prezidenti İlham Əliyevin "Valday” klubundakı çıxışı Rusiya siyasi tok-şoularının ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
Xəbər verildiyi kimi, İlham Əliyevin çıxışına "Birinci kanal”da yayımlanan "Vaxt göstərəcək” (Vremya Pokajet) proqramında aparıcı Artyom Şeynin diqqət yetirib.
"Ancaq ölkəmiz tarixdə bir dəfə təsadüfən, məlum olmayan səbəblərdən Putin fiqurunun ortaya çıxmasıyla məhv olmaqdan xilas oldu. Prezident Əliyev "Valday”da bunu çox doğru vurğuladı”, - deyə qeyd edilib.
Prezident İlham Əliyevin çıxışı tok-şou iştirakçılarının alqışı ilə müşayət olunub.