21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Təklif: Xəzərin üstündən körpü?

10.10.2019

Xəzər dənizinin üstündən Azərbaycanla Türkmənistanı birləşdirən nəqliyyat körpüsünün inşası mümkündür.
Xəbər verildiyi kimi, bu təklifi millət vəkili Qüdrət Həsənquliyev gündəmə gətirib. Onun sözlərinə görə, bu layihə bir çoxlarına fantastik görünür:
"Amma Çinin "Bir kəmər - bir yol” təşəbbüsü çərçivəsində Xəzər dənizi üzərindən Azərbaycanı Türkmənistanla birləşdirəcək avtomobil və dəmir yolu çəkilişi məsələsini aktuallaşdırmaq olar. Bu istiqamətdə Xəzərin eni 196 km, dərinliyi isə ortalama 200 metrdir. Süni adalar yaratmaqla bunu etmək olar. Çinin bu sahədə böyük təcrübəsi var. Avropa İttifaqı, Çin, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan bu layihəyə investisiya qoya bilər. Siyasi baxımdan layihənin əhəmiyyəti çox böyükdür. Heç bir ekoloji problem yaratmır. Texniki baxımdan gerçəkləşdirmək mümkündür. Qalır iqtisadi səmərəlilik məsələsi. Hər halda mütəxəssisləri bu ideyanın müzakirəsinə cəlb etmək lazımdır”, - deyə millət vəkili əlavə edib.
Q.Həsənquliyev həmçinin vurğulayıb ki, Rusiya Transxəzər kəmərlərin çəkilməsinə cəlb edilə bilər:
"Rusiya payçı qismində çıxış etməklə yanaşı, həmin kəmərlərin çəkilişini də həyata keçirə bilər. Rusiya Qara dənizdə və Baltik dənizində belə layihələr həyata keçirir”.