Məsciddə 19 yaşlı gənc dünyasını dəyişib
10.10.2019
Bakının Sabunçu rayonunda məsciddə ölüm hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi 15 ünvanında yerləşən Cümə Məscidində olub.
Belə ki, 2000-ci il təvəllüdlü Masizadə Müstəqim Pənah oğlu oktyabrın 9-da axşam saatlarında məsciddə elektrik çaydanını götürən zaman çaydanın elektrik hissəsi açıq olub. Ehtiyatsızlıqdan çaydanın elektrik hissəsindən tutan M.Masizadəni cərəyan vurub. Nəticədə, o, hadisə yerində ölüb.